Gəncədə Bülbülün
adını daşıyan küçə və barelyef açılıb
Azərbaycan
professional vokal sənətinin banisi, SSRİ Xalq artisti,
SSRİ Dövlət mükafatı laureatı, professor
Bülbülün 120 illik yubileyi münasibətilə Gəncədə
Bülbül adına küçənin və barelyefin
açılış mərasimi olub.
Tədbirdə Gəncə
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə
üzvləri, sənət adamları və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Şəhərin icra
başçısı Elmar Vəliyev çıxış edərək
görkəmli sənətkarın
yaradıcılığından, həyatının Gəncə
ilə bağlı dövründən bəhs edib. Qeyd edib ki, Bülbül
Şuşada doğulsa
da, gənclik illərini Gəncədə
keçirib. Buna
görə də onun xatirəsi bu şəhər və onun
sakinləri üçün daha əzizdir.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu
atasının xatirəsinə göstərilən sevgi və ehtirama görə
minnətdarlığını bildirib. Qeyd edib ki,
məktəbin yerləşdiyi bir
küçəyə Bülbülün
adının verilməsi, burada onun barelyefinin
açılması çox gözəl
təşəbbüsdür. Bu, Bülbül adının daim
yaşayacağına, anılacağına və gələcək
nəsillər tərəfindən tanınacağına əminlik
yaradır.
Barelyefin rəmzi
açılışından sonra Xalq artisti Azər Zeynalov və Əməkdar artist
Anar Şuşalı vaxtilə Bülbülün repertuarının incilərindən
olmuş, Üzeyir
Hacıbəylinin Nizami Gəncəvinin
sözlərinə yazdığı “Sevgili
canan” romansını ifa
ediblər
Mədəniyyət.- 2018.-
13 iyun.- S.4.