“Açıq kitabxana”da gənc şairin imza günü
Milli Kitabxananın nəzdində
fəaliyyət göstərən “Açıq kitabxana”da
Prezident təqaüdçüsü, gənc şair
İntiqam Yaşarın “Evdə yoxam” adlı şeirlər
kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Kitabxananın direktor
müavini Ədibə İsmayılova, Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi Rəşad Məcid “Açıq kitabxana” layihəsi
çərçivəsində keçirilən tədbirlərin
əhəmiyyətindən danışıblar.
Tədbirdə müəllifin
həmkarları, qələm yoldaşları, müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Əminə
İbrahimli çıxış edərək gənc
şairi təbrik edib, ürək sözlərini
bölüşüblər.
Sonra İntiqam
Yaşar öz şeirlərini söyləyib və “Evdə
yoxam” kitabını imzası ilə oxuculara təqdim edib.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.8.