Şagirdlərin daha bir hesabat konserti
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
K.Səfərəliyeva adına 16 nömrəli
Uşaq musiqi məktəbi Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.
Məktəbin şagirdlərinin ifasında
“Şur rəngi”, T.Quliyevin “Bakı haqqında mahnı”, Niyazinin “Arzu”, K.Qlyukun “Orfey” operasından ariya, D.Şostakoviçin “Vals şutka”, M.Parcxaladzenin “Qəmgin nəğmə”,
M.Şmitsin “Caz notları”, F.Şopenin “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.9.