Musiqi və incəsənət məktəblərinin fəaliyyəti
müzakirə olunub
Bərdə Regional Mədəniyyət İdarəsində keçirilən müşavirədə idarənin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti müzakirə olunub. Müşavirədə məktəblərin direktorları, şəhər və rayon nümayəndəlikləri üzrə baş məsləhətçilər iştirak edib.
Regional idarənin rəisi İlyas Hacıyev uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətlərinin təşkili istiqamətində qarşıda duran vəzifələr, beynəlxalq və yerli müsabiqə və festivallarda iştirak, təcrübə mübadiləsi və məktəblər arasında əlaqələr, mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə ətraflı danışıb.
Müşavirədə tədris
ocaqlarının nailiyyətləri ilə yanaşı, aşkar edilmiş nöqsanlardan da söz açılıb. Musiqi və incəsənət
məktəblərində keçirilən imtahan
prosesində şagirdlərin bilik və
bacarığının obyektiv qiymətləndirilməsi
və istedadlarının üzə
çıxarılması istiqamətində respublika
və beynəlxalq müsabiqə və festivallarda
iştirakının təmin edilməsinin vacibliyi
vurğulanıb. Bununla bağlı
təkliflər dinlənilib, müvafiq
tapşırıqlar verilib.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.11.