Azərbaycanlı şairənin
kitabı özbək dilində çap edilib
Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında özbək dilində nəşr edilib.
Layihənin rəhbəri və ön sözün müəllifi AMM-in direktoru Samir Abbasov, tərtibçisi Qulu Kəngərlidir. Kitabı orijinaldan özbək dilinə tanınmış tərcüməçi Şəhla Qasımova çevirib.
Ön sözdə qeyd edilir ki,
Məhsətilər, Natəvanlar yetişdirən Azərbaycan
xalqı XX əsrdə də xanım şair
və yazıçıları ilə tanınıb. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə,
Mədinə Gülgün, Hökümə
Bülluri, Əzizə Əhmədova və
digər ədiblərin əsərləri ədəbiyyatımızın
zəngin xəzinəsinə aiddir. Müasir dövrdə Azərbaycan ədəbiyyatında
öz dəst-xətti, qələmi ilə
seçilən şairələrdən biri
də Sona Vəliyevadır. Kitabda müəllifin Vətən, Azərbaycan,
Qarabağ, təbiət və məhəbbət
mövzularında şeirləri yer
alıb.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.15.