“Qalxan və
qılınc” sənədli filmi təqdim
olundu
Ekran əsəri ulu öndər
Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin
rəhbəri olarkən erməni millətçilərinin təxribatçılıq
əməllərinə qarşı mübarizəsindən bəhs
edir
İyunun 14-də Nizami Kino Mərkəzində
Mədəniyyət Nazirliyi və Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı
ilə “Qalxan və qılınc” sənədli
filminin təqdimatı keçirildi.
Ekran əsəri ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 95 illiyinə həsr edilib.
Film
sovet hakimiyyəti dövründə
respublikanın təhlükəsizlik orqanlarına (Dövlət
Təhlükəsizlik Komitəsi) rəhbərlik edən ulu öndərin bilavasitə səyi nəticəsində
xalqımıza qarşı erməni təxribatının
qarşısının alınması və cinayətkarların
cəzalandırılması
ilə bağlı hadisələri özündə əks etdirir.
Ekran əsərinin
nümayişindən öncə Azərbaycan Respublikası
Kinematoqrafçılar
İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev
çıxış edərək film
haqqında məlumat verdi: “Qalxan və qılınc” son
illər ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının təqdim etdiyi ən
uğurlu layihələrdən biridir. Filmin rejissoru Etibar Məmmədovun
yaradıcılığında Dağlıq Qarabağ
mövzusu aparıcı yer
tutur. Onun
ekranlaşdırdığı filmlər maraqlı və təsirlidir.
Bu, sırf kinopublisistik
janrda ekranlaşdırılan filmdir. Filmin mərkəzində
ümummilli liderimiz
Heydər Əliyevin siyasəti, onun erməni
daşnaklarına qarşı apardığı mübarizə
dayanır. Ekran əsərindən məlum
olur ki, ümummilli lider ermənilərin
məkrli siyasətini bilirdi və bu hücumlara qarşı
mübarizə aparırdı. “Qalxan və
qılınc” filmi də faktlar
əsasında ekranlaşdırılıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin
başçısı Eyvaz Hüseynov filmin əhəmiyyətindən
söz açdı. Vurğuladı ki, ekran əsəri ulu öndər Heydər Əliyevin ölkəmiz
üçün etdiklərini ictimaiyyətə
təqdim etmək baxımından önəmlidir. Bu ekran əsəri
1966-cı ildə Dağlıq Qarabağda
erməni millətçilərinin apardığı təxribatçılıq
əməllərinin üstünün
açılmasından bəhs edir. O
dövrdə ermənilərin bu əməllərinə
qarşı ümummilli lider
Heydər Əliyev kəskin mübarizə aparıb.
Filmin
ssenari müəllifi və rejissoru Etibar Məmmədov
çıxış edərək ümummilli
lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında xidmətlərindən bəhs edən
filmi çəkməsini özü
üçün şərəfli olduğunu vurğuladı. Bildirdi
ki, belə sənədli filmlərin ərsəyə
gətirilməsi ulu öndərin xidmətlərinin
daha geniş şəkildə
tanıdılması və təbliğ olunması baxımdan
vacibdir. O, ekran əsərinin
ərsəyə gəlməsində əməyi olan hər kəsə
öz minnətdarlığını bildirdi.
Daha sonra
sənədli film nümayiş
olundu.
Dövlət
sifarişi ilə ekranlaşdırılan “Qalxan
və qılınc” filminin operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov,
icraçı prodüseri
Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
F.HÜSEYNOV
Mədəniyyət.- 2018.-
15 iyun.- S.2.