Milli Kitabxanada Rumıniya sərgisi

 

    İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik: Birinci Dünya müharibəsindəki qələbədən böyük Rumıniya hökmdarlarının taclandırılmasına qədər” adlı fotosərgi açılacaq.

     Milli Kitabxananın əməkdaşlığı, Rumıniyanın ölkəmizdəki səfirliyi və İstanbuldakı “Dimitrie Kantemir” Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə reallaşacaq sərgi iyulun 10-dək davam edəcək.

 

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.3.