Teatr-studiya yetirmələrinin “Nəğmə
çələngi”
İyunun 13-də
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının
yetirmələri 15 iyun – Milli Qurtuluş Günü və
müqəddəs Ramazan bayramı münasibətilə “Nəğmə
çələngi” adlı konsert proqramı ilə
çıxış ediblər.
Teatrın direktoru Rəşad
Əhmədzadə konsertdən öncə teatrın maarifləndirmə,
yetişən nəsillərin milli dövlətçilik, mənəvi
dəyərlər ruhunda tərbiyəsi məqsədilə
davamlı olaraq tədbirlər keçirdiyini diqqətə
çatdırıb.
Əməkdar artist
Firuzə İbadovanın yetirmələrinin ifa etdikləri bəstəkar,
xalq və estrada mahnıları balaca
tamaşaçıların ürəyincə olub.
Studiyanın yetirmələrinin
təqdim etdikləri proqrama rəngarəng musiqilərlə
yanaşı, müxtəlif tamaşalardan səhnəciklər
də daxil edilib.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.5.