Akademik Milli Dram Teatrında “Manqurt”un premyerası
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə
səhnəsində “Manqurt”
tamaşasının premyerası
olub.
Teatrın
mətbuat xidmətindən
verilən məlumata görə, qırğız
yazıçısı Çingiz
Aytmatovun “Gün var əsrə bərabər” romanının
motivləri əsasında
hazırlanan səhnə
əsərinin bədii
rəhbəri Anar Babalı, rejissoru Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
məzunu İzamə
Babayeva, rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğludur.
Birhissəli epik
rəvayət olan səhnə əsərində
əməkdar artistlər
Mehriban Xanlarova, Elşən Rüstəmov,
aktyorlar Ramin Şıxəliyev, İmran
Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.
Maraqlı səhnə
yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.6.