Korifey sənətkarın xatirəsi yad edilib
Sumqayıt
şəhər Mərkəzi Uşaq
Kitabxanasında görkəmli teatr rejissoru, aktyor, teatrşünas alim və
pedaqoq Mehdi Məmmədovun
100 illik yubileyi
münasibətilə İsmət Qayıbov adına 1 nömrəli
tam orta məktəbin
şagird və müəllim heyətinin
iştirakı ilə xatirə gecəsi keçirilib.
Kitabxananın
multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycanın teatr tarixinə
parlaq səhifələr yazmış Mehdi Məmmədovun həyat və
yaradıcılığı, pedaqoji fəaliyyəti
haqqında məlumat verib.
Sumqayıt
Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov
korifey rejissorun quruluş verdiyi tamaşalar, yetişdirdiyi
tələbələr haqqında söz
açıb, eləcə də sənətkarın son tələbələrindən biri kimi özünün
xatirələrini danışıb.
Əməkdar
artist Nizaməddin Bağırov Mehdi Məmmədovun müxtəlif teatrlarda səhnələşdirdiyi əsərlərdən
söhbət açıb, Hüseyn Cavidin “İblis” faciəsindən
Arifin monoloqunu və U.Şekspirin “Hamlet” əsərindən Hamletin
monoloqunu söyləyib.
Tədbirdə
iştirak edən 1 saylı məktəbin
şagirdləri Mehdi Məmmədovun quruluş verdiyi Hüseyn Cavidin “İblis” faciəsindən bir
parça nümayiş
etdiriblər.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.6.