Xalq artisti Hacıağa
Abbasovun 130 illiyi qeyd edilib
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət
mərkəzində Azərbaycanın
görkəmli teatr xadimi, aktyor, dramaturq, Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin aparıcı
məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
əməkdaşı Ceyhun
Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar
artist Əli Nur, Hacıağa Abbasovun nəvəsi Elşanə
Kərimbəyova görkəmli
sənətkarın həyat
və fəaliyyətindən
danışıblar.
Bildirilib
ki, Hacıağa Abbasovun vaxtilə səhnədə yaratdığı
Hacı Qara (“Hacı Qara”), Hacı Qəmbər (“Yağışdan çıxdıq,
yağmura düşdük”),
Mirzə Mehdi xan (“Nadir şah”), Qubad (“Dəmirçi Gavə”) və digər rolları dövrün tamaşaçılarının
qəlbində dərin
iz buraxıb.
Sənətkarın yaradıcılığını əks etdirən videoçarxlar nümayiş
olunub.
“İstedad” xalq çalğı alətləri
ansamblının üzvü
Mircəlal Babayevin, aktyorun adını daşıyan Mədəniyyət
mərkəzinin “İncəsənət”
rəqs ansamblının
çıxışları maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.-
15 iyun.- S.8.