“İrəvan-100” kitabı işıq üzü görüb
AMEA Elm Tarixi İnstitutunun elmi katibi,
siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur
Əliyevin “İrəvan-100” kitabı çapdan
çıxıb. Kitab qədim Azərbaycan
şəhəri İrəvanın 1918-ci ildə yaradılan
Ermənistan dövlətinin paytaxtına çevrilməsindən
bəhs edir.
Azərbaycan,
Türkiyə, İran, Rusiya,
Gürcüstan, Britaniyanın arxiv sənədləri, tədqiqatlar əsasında
hazırlanan kitabda “İrəvanın tarixi”, “Gülüstan
müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi
(1828)”, “Batum konfransı və beynəlxalq
münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları”
və “İrəvanın güzəşti” mövzularında
məlumatlar, nadir fotolar
və xəritələr yer alıb. Həmçinin
Azərbaycan Xalq Cümhuriyyəti ilə
Ermənistan arasında İrəvanın taleyi
ilə bağlı danışıqlar və sənədlər
öz əksini tapıb.
LALƏ
Mədəniyyət.- 2018.- 15 iyun.- S.9.