Qara Qarayev sinfinin məzunları
Azərbaycan bəstəkarlıq məktəbi öz
görkəmli simaları ilə dünya musiqisi tarixində
mühüm yerlərdən birini tutur. Çünki
bu məktəbin nümayəndələri
öz yaradıcılıqlarında dünya musiqisi üçün səciyyəvi olan ənənələri əks etdirməyi
bacarıblar.
Bu mənada dahi Üzeyir Hacıbəylidən başlayan
bəstəkarlıq məktəbimizin inkişafında Qara Qarayevin məxsusi dəst-xətti
var.
Bu il 100 illiyini qeyd
etdiyimiz bəstəkar musiqi xəzinəmizə dəyərli
incilər bəxş etməklə bərabər, həm də
misilsiz müəllim idi. Özündən sonra yalnız əsərləri
deyil, tələbələri də Azərbaycan musiqisini dünyaya
tanıtdılar, şöhrət qazandılar. Bu xüsusda Firəngiz Əlizadə, Arif Məlikov, Fərəc Qarayev,
Vasif Adıgözəlov, Hacı Xanməmmədov,
Tofiq Bakıxanov və Qara
Qarayev sinfinin məzunları
olmuş daha neçə-neçə
sənətkarın adını çəkə bilərik. Bu günlərdə Bəstəkarlar
İttifaqında keçirilən tədbir də belə
adlanırdı: “Qara Qarayev
sinfinin məzunları”. Tədbirdə Qara Qarayev görkəmli pedaqoq və müəllim kimi
yad olundu.
Qeyd edək ki, bu tədbirin təşəbbüskarı
Xalq artisti, professor Tofiq
Bakıxanovdur. Tədbirdə onun təşəbbüsü
ilə hazırlanmış Qara Qarayevin tələbələrinin
fotolarından ibarət bir dərgi də
təqdim olundu. Belə bir
təşəbbüsün ortaya
çıxması barədə Tofiq
müəllimin dediklərindən: “Mən çox
düşündüm ki,
müəllimimizin bu 100 illik yubileyi üçün nə edim.
Nəhayət,
onun tələbələrini fotolar vasitəsilə sanki bir
yerə yığmaq istədim. Onu da deyim ki,
Qara müəllimin tələbələri
yalnız Azərbaycanda deyil, müxtəlif
ölkələrdə də fəaliyyət göstərirlər.
Onun sinfində Özbəkistan, Tacikistan və başqa
yerlərdən gələn tələbələr vardı. Düzdür, Qarayev sinfinin məzunlarının bir
çoxu dünyasını dəyişib.
Onların da ruhu şad olsun. O ki qaldı
bizlərə, biz öz
müəllimimizin ruhu
qarşısında həmişə səcdə edir və onun irsinin yaşaması və gələcək nəsillərə
layiqincə çatdırılması üçün
daim ömrümüz
yetdikcə çalışacağıq”.
Tədbirdə
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz
Əlizadə, Xalq artisti
Azər Dadaşov, əməkdar incəsənət
xadimləri Elnarə Dadaşova, Nərgiz
Şəfiyeva, Cəlal Abbasov və Faiq Nağıyev çıxış edərək
Qara Qarayev dərslərindən
və onunla
bağlı
xatirələrdən söz
açdılar. Bu xatirələri Qarayevin musiqisi müşayiət edirdi.
Təqdim olunan
dərgidə Qarayev sinfinin
məzunlarından 44 bəstəkarın adı və fotosu yer alıb. Onlardan bir neçəsinin
adını çəkək: Rauf
Hacıyev, Valeri Svekolnikov,
Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Boris Yermolayev, Əziz
Əzizov, Oqtay Zülfüqarov,
Rəcəb Allahyarov, Nihad
Osmanov, Sevda İbrahimova, Rüstəm Rüstəmzadə,
Çingiz Almaszadə və s.
Amma təbii ki, bu, Qarayev
sinfinin bütün məzunları
deyil. Çünki onun tələbələri çoxdur.
Yəqin ki, yeni dərgilərdə
onların da adları yer
alacaq. Qara Qarayev irsi zəngin bir xəzinədir. Bu xəzinədən
nəsillər nə qədər bəhrələnsə də,
o, bitib-tükənməyəcək. Bu xəzinə getdikcə yeni
tədqiqatlar və düşüncələrlə daha da zənginləşəcək.
Çünki bu xəzinəni
böyük bəstəkar və müəllim
möhkəm özüllər əsasında yaradıb.
Səadət TƏHMİRAZQIZI
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2018.- 15 iyun.- S.10.