“İslam mədəniyyətinin
paytaxtı”nda elmi forum
təşkil olunub
AMEA Naxçıvan Bölməsi,
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Agentliyi və “Naxçıvan”
Universitetinin təşkilatçılığı ilə
“İslam dəyərləri: Ramazan və Qurban bayramları”
mövzusunda elmi forum keçirilib.
“Naxçıvan
İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirləri
çərçivəsində gerçəkləşən
tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev bildirib ki, multikulturalizmin,
tolerantlığın mövcud olduğu ölkəmizdə
bu gün təkcə İslam dəyərləri təbliğ
olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi
istiqamətində tarixi addımlar atılır. Naxçıvan
şəhərinin 2018-ci il üçün “İslam
mədəniyyətinin paytaxtı” olması milli
və mənəvi dəyərlərimizin təbliği
baxımından yeni imkanlar
açır.
Muxtar
respublikanın Dini Qurumlarla
İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “İslam dininin milli-mənəvi
dəyərlərimizdən olan
bayramlarımıza verdiyi dəyər” mövzusunda çıxış edib. Vurğulanıb ki, İslam düşüncəsinə görə
bayram, hər şeydən əvvəl, sosial mahiyyəti olan bir məfhumdur. Bayram insanlar arasında mehribanlıq və sevgi yaradan, qohumlar arasındakı
bağlılığı təmin edən, küsülüləri
barışdıran, könülləri sevindirən, kimsəsizlərə
ümid verən sosial
hadisədir.
“Qurban bayramının əhəmiyyəti” mövzusunda çıxış edən
AMEA-nın müxbir üzvü,
professor Fəxrəddin Səfərli bildirib ki, İslamın qəbulu
ilə məişətimizə daxil olan və sadəcə, qurbanlar
kəsilib paylamaqdan ibarət olmayıb
xeyirxahlıq, nəciblik, humanist xarakter daşımaqla sosial
əhəmiyyət kəsb edən bu
bayram əhali tərəfindən bütün dövrlərdə qeyd olunub.
Forumda “İslam həmrəyliyinin dini
bayramlarımızda təzahürü” və başqa
mövzularda da məruzələr
dinlənilib, iştirakçıların sualları
cavablandırılıb.
Mədəniyyət.- 2018.-
15 iyun.- S.11.