Gədəbəy Aşıq Məktəbində
görüş
Gədəbəy
Aşıq Məktəbində saz-söz
sənətinin tanınmış isimlərindən
Aşıq Dəmir Vəliyevlə görüş
keçirilib. Görüşdə
tanınmış aşığın respublikada
və xarici ölkələrdə
aşıq sənətimizin təbliğində xidmətlərindən
və layiq görüldüyü
təltiflərindən söz
açılıb.
Aşıq Dəmir
Vəliyev son illərdə bölgələrdə
bu sənətə olan
marağın artmasının, çalğı və oxu ifalarının,
dastançılığın artıq
teatrlaşdırılmasının, bir
sözlə bu el sənətinin
əhatəli şəkildə, inkişafının əhəmiyyətindən
danışıb.
Tanınmış
sənətkar Aşıq məktəbində tədrisin vəziyyəti
ilə də tanış olub, şagird və müəllimlərin
ifalarını dinləyib. Maraqlı keçən
görüşdə aşıq özü
də müxtəlif havaları səsləndirib, saz və balabanın birgə ifası
zamanı xüsusilə nələrə diqqət verilməsini
tövsiyə edib.
Qonaqla məktəbdə
və Dədə Ələsgərin heykəli önündə
şəkillər çəkdirilib.
Mədəniyyət.- 2018.- 15 iyun.-
S.11.