Lənkəran teatrının
“Moskvalı gəlin”i
Yardımlıda
İyunun 13-də Lənkəran Dövlət
Dram Teatrının truppası
Yardımlıda qastrol
səfərində olub.
Yaradıcı kollektiv şəhər
Mədəniyyət sarayının
səhnəsində yazıçı-publisist
Hafiz Mirzənin
“Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə çıxış
edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı
Fərahim Fərəcovdur.
Səhnə
əsərində rolları
Əməkdar artist Sucəddin
Mirzəyev, aktyorlardan
Allahverən Babayev, Qızılgül Quliyeva,
Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova,
Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Yardımlı Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri,
rayon sakinlərinin izlədiyi
tamaşa maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.11.