“Star of Asia” festivalı başlayır
İyunun 16-da Almatıda, dünyanın ən
yüksək buz meydançası
– “Medeu”da “Star
of Asia”
beynəlxalq musiqi festivalı
başlayır. İki gün
ərzində iştirakçılar ilə yanaşı tanınmış yerli artistlər,
televiziya ulduzları və
ictimai xadimlər
festivalın
qırmızı xalçasının üstü ilə addımlayacaqlar.
Amerikalı müğənni Anastasiya, Koreyanın
“ASTRO” pop kollektivi, İran-İsveç müğənnisi Araş və
Qazaxıstanı təmsil edən
müğənni Erke Esmaxan “Star
of Asia”nın hedlaynerləri (afişalarda adı birinci cərgədə
yazılan sənətçi) elan edilib. Şouda Rusiyanın
“Serebro”, Yaponiyanın
“Pinochhio P feat.
Hatsune Miku” qrupları, Özbəkistandan Sevara,
Azərbaycandan Dilarə Kazımova, Qırğızıstandan Jiydeş İdrisov, Hindistandan İşeeta Çakrvarti kimi tanınmış müğənnilər
də festivalın qonağı olacaqlar.
Festival iştirakçıları alternativ və əlçatımlı enerji mənbələrinin axtarışına, şəhərlərin enerji təhlükəsizliyi və
davamlı enerji təminatı problemlərinə diqqət
çəkəcək beynəlxalq fleşmobda da iştirak edəcəklər. Tədbir canlı
yayımla dünyanın 100-dən çox ölkəsində göstəriləcək.
Xatırladaq
ki, açıq havada ilk “Star of Asia” festivalı
19-20 avqust 2017-ci il tarixində keçirilib. Festival məşhur “Aziya dauısı” Almatı musiqi müsabiqəsinin ən xoş ənənələrini davam etdirir.
G.MİRMƏMMƏD
Mədəniyyət.-
2018.- 15 iyun.-
S.13.