Nigeriya televiziyasında Azərbaycan haqqında veriliş
Nigeriyanın MİTV
kanalının səhər proqramında Azərbaycana həsr
olunan veriliş yayımlanıb. Verilişdə Nigeriyada fəaliyyət
göstərən Azərbaycanın Dostları Təşkilatının
sədri Billurə Bernard
iştirak edib.
Proqramda əvvəlcə
Azərbaycanın mədəniyyəti, incəsənəti, gəzməli-görməli
yerləri haqqında qısa film təqdim edilib.
Billurə Bernard
tamaşaçılara rəhbərlik etdiyi qurumun həyata
keçirdiyi layihələr barədə məlumat verib. Bu
ilin mart ayında Azərbaycanda səfərdə olmuş
nigeriyalı jurnalist Cennifer
Gentet ölkəmiz haqqında təəssüratlarını
bölüşüb.
Verilişdə, həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat
verilib. Bu münasibətlə Laqosun Muson Musiqi
Mərkəzində konsert
proqramının keçiriləcəyi bildirilib.
Mədəniyyət.- 2018.-
15 iyun.- S.16.