“Bu qədim diyarın zəngin tarixi-mədəni irsi var

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıelan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin rəhbəri Vasif Talıbovİslam mədəniyyətinin paytaxtı 2018”in açılış tədbirində iştirak edən ölkələrin nümayəndələri ilə görüşüb.

Vasif Talıbov qonaqları salamlayaraq Naxçıvan şəhərininİslam mədəniyyətinin paytaxtıseçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, bu qərarın elan edildiyi 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət dəstəyi ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Ali Məclisin sədriİslam mədəniyyətinin paytaxtı 2018” tədbirlərinin uğurla keçəcəyinə əminliyini bildirib.

İslam Təhsil, Elm Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ona nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, “İslam mədəniyyətinin paytaxtıseçilmiş şəhərlər bu layihə üzrə görülən işlər barədə danışıb. Baş direktor bildirib ki, Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda, Naxçıvan şəhərinin müasir inkişafı, İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.

İSESCO-nun rəhbəri təşkilatın bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirib, fikirləriniYaşasın Azərbaycan onunİslam mədəniyyətinin paytaxtıNaxçıvan şəhəri, yaşasın İslam həmrəyliyisözləri ilə tamamlayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərininİslam mədəniyyətinin paytaxtıelan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev açılış tədbirində müsəlman ölkələrinin yüksək səviyyəli nümayəndələrlə təmsil olunduğunu tədbirə böyük marağın olduğunu bildirib.

 

Sonra Əbdüləziz Osman əl-Tüveycri Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıelan edilməsi ilə bağlı İSESCO tərəfindən hazırlanmış rəmzi loqonu Vasif Talıbova təqdim edib.

 

Sonda xatirə fotosu çəkdirilib.

 

Qonaqlarİslam mədəniyyətinin paytaxtıilə tanış olublar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı – İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev İslam mədəniyyətinin paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələriNaxçıvanqalaTarix-Memarlıq Muzey Kompleksində olublar.

Qeyd olunub ki, muxtar respublikanın ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə qalanın bərpasına başlanılıb, əvvəlki görkəmi özünə qaytarılıb. Muxtar respublika Ali Məclisi sədrinin 2013-cü il 5 iyun tarixli sərəncamı ilə burada muzey kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Nümayəndə heyətləri Naxçıvan şəhərində inşa edilən yeni məscid binası ilə tanış olublar. Məlumat verilib ki, muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıseçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar oğlanlar üçün mədrəsədən kitabxanadan ibarət olacaq. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək.

Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzində olublar. Qeyd edilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq sənaye məhsulları, əl işləri rəsm əsərləri sərgilənir.

 

Naxçıvanla tanışlıqƏshabi-Kəhfziyarətgahında davam edib. Bildirilib ki, bölgənin qədim tarixə malik özünəməxsus təkrarsız abidələri içərisindəƏshabi-Kəhfziyarətgahının xüsusi yeri var. “Əshabi-Kəhf”dən müqəddəs Qurani-Kərimin Əl-kəhf surəsində ayrıca bəhs olunması bu məkanın İslamdan öncə tanınmasının sübutudur. Ulu öndər Heydər Əliyevin 1998-ci ildəƏshabi-Kəhf”in abadlaşdırılması bərpa edilməsi barədə göstəriş verməsi xalqımızın dininə tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu günƏshabi-Kəhfdünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Təkcə bu ilin ötən dövründə 20 mindən artıq yerli xarici qonaq bu möcüzəvi məkanda olub.

Ali Məclisin rəhbəri  Vasif Talıbov Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018”in açılış tədbirinin iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkiblər. Bildirilib ki, buradakı xəstəxana 600 yerlikdir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzdə dünyanın bir çox ölkələrindən hazırda 400-ə yaxın xəstə müalicə olunur.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.5.