Bakıda musiqi
bayramı
İyunun 21-də paytaxtdakı “YAY” qalereyasında musiqi
bayramı təşkil olunub.
Tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Mərkəzi, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşıb.
Tədbir Xalq artisti Fidan Hacıyevanın
Vokal musiqi məktəbi
tələbələrinin konserti ilə
açılıb. Onların ifasında pop
musiqilər, bəstəkar mahnıları səsləndirilib.
Qeyd edək
ki, Fransız İnstitutunun
təşəbbüsü ilə müxtəlif ölkələrdə
yay fəslinin başlanması münasibətilə
keçirilən musiqi bayramı küçələrdə,
ictimai park və bağlarda, binaların həyətlərində
və ictimaiyyətə açıq digər yerlərdə qeyd olunur.
Mədəniyyət.- 2018.- 22 iyun.-
S.2.