Qafqaz İslam Ordusu – qardaşlıq səhifəsi

 

 

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz İslam Ordusu - Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransın qardaş ölkənin Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutu ilə birgə təşkil olunduğunu söyləyib. Qeyd edilib ki, 1918-ci ildə Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olmasında Türkiyənin Azərbaycana göndərdiyi ordu mühüm xidmətlər göstərib. Qafqaz İslam Ordusu şanlı tariximizin bir hissəsidir.

 

Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun baş direktoru, professor Onur Ender Aslan Çanaqqala döyüşlərində də azərbaycanlıların könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

 

DİA-nın dosenti, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti”, türkiyəli professor Səlma Velinin “100 ilində Azərbaycan Xalq Cümhuriyyətinin quruluşuQafqaz İslam Ordusunun köməyi”, tarix elmləri doktoru Mehman SüleymanovunQafqaz İslam Ordusunun yaranması və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi”, Miyasə Koyuncu Kayanın “1918-ci ildə Qafqaz (Azərbaycan) məsələlərinin Osmanlı mətbuatında əks olunması”, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının “Azərbaycan Cümhuriyyəti mətbuatında Qafqaz İslam Ordusu” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.4.