Milli Kitabxanada Rumıniya sərgisi

 

 

Milli Kitabxanada Rumıniyanın Böyük Birlik Gününün 100 illiyinə həsr edilmiş fotosərgi açılıb. Mədəniyyət Nazirliyi, Rumıniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ərsəyə gələn “Böyük Birlik. I Dünya müharibəsindəki qələbədən böyük Rumıniya hökmdarlarının taclandırılmasına qədər” adlı fotosərgi 1918-ci ildə Rumıniya torpaqlarının birləşməsi və müasir Rumıniya dövlətinin yaranmasından bəhs edir.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq qonaqları salamlayıb.

 

Dost ölkələr olan Azərbaycan ilə Rumıniya arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan K.Tahirov bildirib ki, Rumıniyanın ölkəmizdəki səfirliyi ilə Milli Kitabxana arasında sıx əlaqələr yaranıb, səfir Dan İanku dəfələrlə Milli Kitabxanada olub.

 

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ekspozisiyanın təşkil olunmasına görə Milli Kitabxananın rəhbərliyinə minnətdarlığını bildiribqeyd edib ki, 2018-ci il həm Azərbaycan, həm də Rumıniya üçün əlamətdardır. Səfir deyib: “Bu gün Rumıniya ilə Azərbaycanı möhkəm dostluq telləri bağlayır. Bu il Azərbaycanda müstəqillik elan olunmasının 100 illiyini, Rumıniya isə Böyük Birlik Günününbugünkü sərhədlər daxilində Rumıniya dövlətinin yaranmasının 100 illiyini qeyd edir. 1918-ci il dekabrın 1-də TrasilvaniyaBanatda yaşayan rumınların nümayəndələri Rumıniya Krallığı ilə birləşməyin lehinə səs veriblər”.

 

Səfir xatırladıb ki, Rumıniya hökuməti bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Azərbaycan Milli Kitabxanasında açılan sərgi də bu qəbildəndir. Aprel ayında həmin sərgi İstanbulda nümayiş etdirilib.

 

Rumıniya Prezidenti Administrasiyası yanında Kotroçena Muzeyinin baş direktoru Liviu Sebastyan Cikman fotosərgidə nümayiş etdirilən eksponatlar barədə məlumat verib. Qeyd edilib ki, ekspozisiyada nümayiş etdirilən 30 fotoya aid izahedici mətnlər Azərbaycan dilində verilib.

 

Sərgi iyulun 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.7.