Cümhuriyyətin tarixi
və şəxsiyyətləri incəsənətdə
İyunun 20-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Memarlıq və İncəsənət
İnstitutu tərəfindən “Azərbaycan incəsənətində
Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri”
mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Cümhuriyyətin
100 illiyinə həsr olunan tədbirdə
çıxış edən AMEA-nın Humanitar
Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli
1918-ci il mayın 28-də müstəqilliyin
qazanılmasında Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin
xidmətlərinin olduğunu deyib, xalqın maariflənməsində
tanınmış ziyalıların rolundan
bəhs edib.
Sonra Memarlıq və
İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Ərtegin Salamzadənin “Azərbaycan
Respublikasının dövlət rəmzləri şəbəkə
sənətində” mövzusunda məruzəsi
dinlənilib. O, müstəqillik dövründə mədəniyyət
və incəsənətimizdə milli
oyanışın təzahürlərindən söz
açıb.
Tədbirdə,
həmçinin xarici ölkə təmsilçiləri,
o cümlədən Kanadadan
Polina Desyatniçenko,
Özbəkistandan Fazilat Kadırov və Dilfuza Cumaniyazova, Rusiyadan Timofey Kovalenko çıxış ediblər. “Müasir bədii sənətkarlıq
Özbəkistan milli mədəniyyətinin
əsası kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin teatr
siyasəti”, “Cümhuriyyətin baş
memarı Zivərbəy Əhmədbəyov”, “Təsviri sənətdə
Cümhuriyyət” və digər mövzularda
məruzələr dinlənilib, müzakirələr
aparılıb.
Daha sonra Üzeyir Hacıbəyli
və Müslüm Maqomayevin
“Azərbaycan türk el
nəğmələri” nəşri əsasında
hazırlanan “Fortepiano işləmələri”
əlyazma toplusunun təqdimatı olub. Sənətşünaslıq doktoru İradə Köçərli toplu haqqında məlumat verib.
Tədbir bədii
hissə ilə davam edib.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.9.