Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin
inkişafı, təbliği, mədəni abidələrin
qorunmasına dair mühüm layihələrin müəllifidir.
Layihəmizə
göstərilən diqqətə görə Heydər
Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm.
Bu fikri Parisdə “Radio France” radiostansiyasının əsas
binasında Yevgeni Svetlanov
adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin
yarımfinalına dair mətbuat
konfransında konkursun təsisçisi Marina Bouer bildirib.
Qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim
olunan Fuad İbrahimovun namizədlik dosyesi
yüksək qiymətləndirilib və o,
yarımfinala yüksəlib: “Ümid edirik, bu azərbaycanlı
istedadlı dirijoru finalda
görəcəyik”.
Bildirilib ki, bu il
müsabiqəyə 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala
çıxıb.
Yevgeni Svetlanov adına IV dirijorlar
müsabiqəsi Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə
keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin
finalı və Moskvada Yevgeni
Svetlanov festivalı keçiriləcək.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.9.