Dastan gecələrinin növbəti konserti

 

İyunun 19-da Beynəlxalq Muğam Mərkəzinin  və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Dastan gecələri” layihəsində “Küçə Rza” dastanı təqdim olunub.

Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli çıxış edərək layihənin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, qədim aşıq sənətimiz müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox mədəni dəyərlərini özündə cəmləşdirib. Alim aşıq Ağamurad Şirvanlının yaradıcılığı, eləcə də Şirvan bölgəsində populyar olanKüçə Rzadastanı haqqında məlumat verib.

Sonra Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlının ifasındaKüçə Rzadastanı tamaşaçılara təqdim olunub. Aşığı balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşanağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.

Qeyd edək ki, “Dastan gecələrilayihəsi çərçivəsində aprelin 18-də “Alı xanPəri xanımdastanı təqdim olunub. İlin sonunadəkAbbas və Gülgəz” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “MəhəmmədSəlbi xanım” (27 noyabr), “ƏmrahSəlbi” (25 dekabr) dastanlarının tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.9.