Kreml Sarayında “Min bir gecə”
Fikrət
Əmirovun məşhur əsəri “Kreml
Baleti”nin təqdimatında
İyunun 21-də Rusiya Dövlət
Kreml Sarayında dünya şöhrətli Azərbaycan bəstəkarı
Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş
etdirilib.
“Kreml Baleti” Teatrının təqdim
etdiyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın
Xalq artisti Andrey Petrov, səhnə tərtibatçısı
Azərbaycanın və SSRİ-nin
Xalq rəssamı, akademik Tahir Salahovdur.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə səhnələşdirilən
tamaşa “Kreml Baleti”nin ifasında artıq uzun illərdir ki, təkcə
Rusiyanın deyil, digər ölkələrin səhnələrində
də uğurla nümayiş etdirilir. Bu tamaşa Fikrət Əmirovun “Min
bir gecə” baletinin Rusiyada ilk səhnə quruluşudur.
Balet “Orfey” simfonik
orkestrinin müşayiəti
ilə nümayiş olunub.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.