“ƏSA” teatrından növbəti premyera

 

Azərbaycanın ilk inklüziv “ƏSA” teatrı iyulun 7-də Akademik OperaBalet Teatrında mövsümün sonuncu premyerasını təqdim edəcək.

Teatrın baş meneceri Nicat Qulam bildirib ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şahpyesinin motivləri əsasında quruluş verilən tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb.

Onun sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıoğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.