Moskvada İslam dünyasının keramika sərgisi

 

Müsəlman Şərqinin keramika məmulatları Moskvada dörd ay müddətində keçiriləcək sərgidə nümayiş olunacaq. Rusiya paytaxtının sakinləri və qonaqları oktyabrın 14-dək “Kuskovo” muzey-malikanəsinin fondundakı “Fərqli incəsənət: XIV-XVIII əsrlər İslam dünyası keramikasında gözəllik formulu” adlı ekspozisiya ilə tanış ola biləcəklər.

Ekspozisiyada ərəb ölkələri, İran, Orta Asiya, Osmanlı imperiyası dövründə türk, həmçinin İspaniyanın cənubu və Portuqaliya keramika məmulatları yer alıb. Sərgidə kasalar, nimçələr, qablar, vazalar, qəlyan üçün sər, mücrülər, kaşılar (lövhə və panno) təqdim edilir. Burada unikal incəsənət əsəri olan və adını qulpunun formasından almış “qanadlı vazada sərgilənir. Vaza XV əsrin son rübünə aid Valensiya ustalarının əl işidir. XVIII əsrə aid delfin fiqurunda ispan qabı da maraqlı eksponatlardandır.

İslam keramikasını dünya mədəni irsində unikallığı ilə fərqləndirən cəhətlər var. İnsan təsvirinə qadağa səbəbindən bu nümunələr incə kalliqrafik yazılarla, daha çox müqəddəs Quran ayələri ilə işlənilib. Sözlərin hərflərin vəhdəti çiçək, meyvə heyvanları əks etdirən naxışlar yaradır. Həmçinin rənglərin xarakterik parlaqlığı qeyd olunmalıdır. Eksponatlarda kalliqrafiya ilə yanaşı, naxışların həndəsi, bitki formaları, nəhayət, Şərqin bədii ornament fəlsəfəsinin zirvəsi sayılan arabesklər...

Təqdim olunan ekspozisiya müsəlman Şərqində incəsənətin spesifik cəhətinicah-calal meylini çox gözəl əks etdirir. Material formaların rəngarəngliyi, müxtəlif ornamentlərdən, parlaq rənglər işıq parıltısından istifadə edilməsi sadə məişət ləvazimatını qiymətli bir əşyaya çevirir. Xristian incəsənətindən fərqli olaraq, bu nümunələr müstəsna olaraq seyr etmək bər-bəzək üçün yaradılıb bu səbəbdən məişətdə istifadə olunmayıb.

 

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.16.