Adı dillər əzbəri Minə
4-8 iyun tarixində
Bakıda keçirilmiş
Vokalçıların Bülbül
adına VII Beynəlxalq Müsabiqəsinin Qran-pri
mükafatını Türkiyəyə aparmış Minə Kurtoğlunun adı qardaş
ölkənin xəbər portallarından düşmür.
Gözəl və güclü soprano səsini, maraqlı səhnə
performansını izlədiyimiz, həm də cəsarətli repertuarla sənət yarışına
qatılmış Minəni siz də
yaxından tanıyın.
1983-cü
ildə Ankarada doğulmuş
Minə Kurtoğlu ilk
dəfə 8 yaşında Dövlət Uşaq
Xorunun üzvü kimi səhnəyə çıxıb. 1997-ci
ildə isə Ankarada Anadolu
Gözəl Sənətlər Liseyinin violin sinfinə daxil olub, 2001-ci ildən təhsilini Qazi
Universitetinin Musiqi
fakültəsində davam etdirib. Tələbəlik
illərində həm də Keriman Davrandan ciddi vokal dərsləri almağa
başlayıb.
Bülbül adına müsabiqəyə
qoşulanadək müxtəlif beynəlxalq yarışmalarda
iştirak edib, dünya şöhrətli
vokalçılardan, opera sənətçilərindən
ustad dərsləri alıb. 2009-cu ildən
Ankara Dövlət Opera
və Balet Teatrında, Karşıyaka opera səhnəsində tamaşalarda oynayır, simfonik orkestrlər ilə
çıxış edir. “Toska”, “Maqbet”, “Aida”, “Karyağdı hatun”,
“Əczaçı”, “Əlibaba və qırx harami”,
“Aşkı-Memnu” operalarında əsas qadın
partiyalarını ifa edib.
2016-17-ci teatr mövsümündən
etibarən Samsun Dövlət Opera və Balet Teatrında dəvətli
solist kimi sənət karyerasını davam etdirən Minə
Kurtoğlu Türkiyənin tanınmış
vokalçısı Tuncay Kurtoğlu ilə evlidir.
GÜLCAHAN
Mədəniyyət.- 2018.- 22 iyun.- S.15.