Nyu-Yorkda Xalq Cümhuriyyətinin
100 illiyinə həsr olunmuş konsert
Birləşmiş Ştatların
Nyu-York şəhərində, Linkoln Mərkəzinin Bruno
Volter zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr olunmuş konsert keçirilib. Konsert
tanınmış pianoçu, Azərbaycanın Əməkdar
artisti, professor Nərgiz Əliyarovanın yaradıcısı
və prezidenti olduğu Milli Musiqi və Qlobal Mədəniyyət
Cəmiyyəti tərəfindən təşkil edilib.
Tədbirin məqsədi müxtəlif
xalqların musiqisini təbliğ etməkdir. N.Əliyarova
deyib: “Mən çox
şadam ki, bizim ilk layihəmiz Azərbaycan
musiqisinə həsr edilib. Məqsədimiz
musiqimizin çoxşaxəli və unikal olmasını nümayiş
etdirməkdir. Konsertdə təkcə Azərbaycanın deyil, müxtəlif ölkələrin musiqi xadimləri də iştirak
edirlər. Onlar milli musiqini və Azərbaycan bəstəkarlarının
əsərlərini səsləndirirlər”.
Konsertdə məşhur caz
pianoçusu Əminə Fiqarova, tar və kamança
ifaçısı Cefri Verbok, fleytaçı Bart Platto,
çox gözəl bariton səsə malik Naycel Smit,
skripkaçı Azər Dəmirov, pianoçu Vivyen Fanq Lyu və
Nərgiz Əliyarova çıxış ediblər.
Konsertin tamaşaçıları
sırasında Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin
rəhbəri Yaşar Əliyev də olub.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.16.