İmran Qasımovun və Mehdi
Hüseynzadənin 100 illik yubileyləri qeyd ediləcək
Prezident İlham Əliyev iyunun 28-də
Xalq yazıçısı İmran Qasımovun 100 illik
yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda
qeyd olunur ki, Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi, nasir,
dramaturq, ssenarist,
Dövlət mükafatı laureatı İmran
Qasımov yaradıcılıq axtarışları və bədii
tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə
töhfə vermiş sənətkarlardandır. Onun uğurlu səhnə
təcəssümü tapmış pyesləri Azərbaycan
dramaturgiyasının nailiyyətləri kimi
dəyərlidir, ssenariləri əsasında çəkilmiş
filmlər kinosevərlər tərəfindən bu gün də rəğbətlə
qarşılanmaqdadır.
Sərəncamda Mədəniyyət Nazirliyinə,
Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
təkliflərini nəzərə
almaqla, Xalq yazıçısı İmran
Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirmək
tapşırılıb.
***
Dövlət
başçısının iyunun 23-də
imzaladığı sərəncama əsasən Azərbaycan
xalqının qəhrəman oğlu, əfsanəvi
partizan, II Dünya
müharibəsində antifaşist
müqavimət hərəkatının nümayəndəsi,
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik
yubileyi qeyd olunacaq.
Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət
Nazirliyi ilə birlikdə Mehdi Hüseynzadənin 100 illiyinə
dair tədbirlər planını hazırlayıb
həyata keçirmək
tapşırılıb.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.2.