Hərb sənətimizdən bəhs edən sərgi

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan “Ordum varsa, yurdum var!” mövzusunda sərgi açılıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı hərb tariximizdən danışıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev hərb tariximizin dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycanda hərb sənətinin inkişafı tarixi mərhələlər üzrə göstərilir, Orta əsrlərdə və XVIII-XIX əsrlərdə ölkəmizdə istifadə edilmiş silahlar, döyüşçülərin geyimləri nümayiş etdirilir. Bundan başqa, sərgidə Xalq Cümhuriyyəti dövrünə aid eksponatlar və fotoşəkillər, tarixi sənədlər yer alıb, eləcə də 1941-1945-ci illərdə Azərbaycan diviziyalarının fəaliyyəti, azərbaycanlıların Sovet Ordusu sıralarında xidməti işıqlandırılır. Azərbaycanın müasir ordu quruculuğuna dair materiallar ayrıca vitrinlərdə nümayiş olunur.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.11.