“Rəng, cizgi, insan”
İçərişəhərdəki
“NUR Art House” qalereyasında Qazax rayonunda yaşayıb-yaradan rəssam
Nəcməddin Hüseynovun “Rəng, cizgi, insan” adlı sərgisi
davam edir.
Qalereya bu dəfə
qapılarını təbiətin gözəlliklərini,
insan xarakterinin özəlliklərini incə cizgilərlə
kətan üzərinə köçürən müəllifin
pərəstişkarlarının və sənətsevərlərin
üzünə açıb.
Sərginin açılışında
qalereyanın rəhbəri Röya Tağıyeva, sənətşünas
Ziyadxan Əliyev, rəssamlar Arif Hüseynov, Oqtay Əliyev, Nəvai
Mətin çıxış edərək Nəcməddin
Hüseynovun yaradıcılığı haqqında
düşüncələrini bildiriblər.
1955-ci ildə Qazax rayonunun Çaylı
kəndində doğulan rəssamda rənglərlə
ünsiyyətə həvəs uşaqlıqdan
başlayıb. Nənəsinin
toxuduğu xalçaların
naxışları, vurduğu ilmələr
sanki onun gələcək
həyatının butasına çevrilir.
O, 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirib.
N.Hüseynovun istər kağız,
karton, istərsə də kətan üzərində çəkdiyi
bütün işləri,
qum, tüstü,
bəzən şəkər
tozu və meyvə şirəsi ilə araya-ərsəyə
gətirdiyi əsərləri
onun qeyri-adi energetikasının və
fantaziyasının daşıyıcılarıdır.
Şam tüstüsünün hisindən
yaranan əsərlər
Azərbaycan incəsənətində
bir ilk olmaqla yanaşı, həm də yaratdığı obrazlara sanki şamın mahiyyətindən
irəli gələn ayrıca poetik-fəlsəfi
məzmun verir.
Rəssamın 2000-dən artıq əsəri
var. Bura abstrakt, qrafika, xüsusilə
karikatura, portret və
s. janr və üslublarda işlənmiş əsərlər
daxildir.
S.QALİBOĞLU
Mədəniyyət.-
2018.- 29 iyun.- S.11.