Mədəniyyət müəssisələrinin
fəaliyyəti ölkəmizin müasir
inkişafını ehtiva etməlidir
Nazir
Əbülfəs Qarayev Qəbələdə vətəndaşlarla
görüşüb
Mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən hər ay şəhər
və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin
vətəndaşlarla növbəti görüşü
iyunun 22-də Qəbələ şəhərində
gerçəkləşdi.
Nazir
Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan,
İsmayıllı və
Şamaxı rayonlarının sakinlərini qəbul etdi.
Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Sonra nazir
Mədəniyyət Mərkəzi
ilə tanış
oldu.
Qəbulda vətəndaşların
müxtəlif məsələlərlə
bağlı müraciətləri
səsləndi.
Şamaxı sakinləri mədəniyyət işçilərinə
fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya
olunması, Şamaxı
Dövlət Rəsm Qalereyası üçün
binanın tikilməsi
və digər məsələlərlə bağlı
xahişlərini nazirə
çatdırdılar.
İsmayıllı sakinlərinin müraciətləri rayonda
mədəniyyət işçiləri
üçün kurort-sanatoriyanın
tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət
İdarəsinin əhatə
etdiyi rayonların sənətkarlarının və
folklor qruplarının
xarici ölkələrə
səfərlərinin təşkili,
Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin
balansına verilməsi,
Diyallı kənd Yaradıcılıq evinin
damörtüyünün təmir
olunması və başqa məsələlər
barədə idi.
Qəbələdən qəbula yazılan vətəndaşların
tanınmış yazıçı
və şairlərlə
görüşlərin təşkili,
kitabxanalara uşaqlar üçün intellektual
oyunlara aid elektron nəşrlərin alınması,
Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin
çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət
məktəbində skripka
sinfinin açılması
barədə müraciətləri
oldu.
Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki
tarixi abidələrin
bərpa olunması və digər məsələlərlə bağlı
xahişlərini nazirə
çatdırdılar.
Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi,
folklor qruplarına peşəkar mütəxəssislər
tərəfindən köməklik
göstərilməsi barədə
müraciət etdilər.
Qəbulda vətəndaşların
müraciətlərinin bir
qismi həllini tapdı, digər məsələlər araşdırılması
üçün nəzarətə
götürüldü və
lazımi tədbirlərin
görülməsi ilə
bağlı tapşırıqlar
verildi.
Qəbuldan sonra jurnalistlərə
açıqlama verən
nazir Əbülfəs
Qarayev ölkə başçısının tapşırığı
ilə yerlərdə
müntəzəm olaraq
keçirilən bu cür görüşlərin
əhəmiyyətini diqqətə
çatdırdı: “Bildiyiniz
kimi, hər ay müxtəlif bölgələrdə
vətəndaşlarla görüşlər
keçirilir, onların
qaldırdığı məsələlər
diqqətdə saxlanılaraq
həll olunur. Sakinlər tərəfindən
maraqlı təkliflər, müraciətlər səsləndirilir.
Belə görüşlər ümumi
işimizə, fəaliyyətimizə öz
təsirini göstərir”.
Nazir bildirdi ki, budəfəki
görüşdə də
bir sıra önəmli məsələlərlə
bağlı müraciətlər
oldu: “Mədəniyyət
sahəsində göstərilən
xidmətlərin səviyyəsinin
artırılması, yeni
formatda çalışacaq
mədəniyyət müəssisələrinin
istiqamətləri ilə
bağlı məsələlər
diqqətə çatdırıldı.
Daxil
olan təkliflər daha
çox işin təkmilləşdirilməsinə yönəlib.
Müasir texnologiyaların tətbiqi, müasir üslubda tədbirlərin
təşkili ilə bağlı dəyərli fikirlər səsləndirildi.
Bu təklifləri diqqətdə
saxlayacağıq. Eyni zamanda
işlə təmin olunma, keçirilən
islahatlar, mədəniyyət müəssisələrində
aparılan optimallaşdırma ilə bağlı suallar da oldu.
Bu məsələlər də müvafiq qaydada nəzərdən
keçiriləcək”.
Vurğulandı ki, Mədəniyyət
Nazirliyinin yeni strukturu çərçivəsində
fəaliyyət göstərəcək
müəssisələr ölkəmizin
müasir inkişaf istiqamətlərini özündə
ehtiva edən, qabaqcıl təcrübəyə
əsaslanan formada və yeni üslublarla
öz işini təqdim edəcək.
Fariz HÜSEYNOV
Mədəniyyət.-
2018.- 29 iyun.- S.10.