“Şuşanın sədaları”
Cümhuriyyətin
və Milli Ordunun 100 illiyi münasibətilə konsert
İyunun
22-də Bəstəkarlar İttifaqının Üzeyir
Hacıbəyli adına konsert salonunda Şuşa şəhər
musiqi məktəbləri şagirdlərinin
iştirakı ilə Azərbaycan Xalq
Cümhuriyyətinin və Azərbaycan Milli
Ordusunun yaranmasının 100 illiyinə həsr
olunan “Şuşanın sədaları”
adlı konsert keçirildi.
Konsertdən
öncə çıxış edən Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz
Əlizadə Azərbaycanın Qarabağ
bölgəsinin əsrarəngiz gözəlliyindən,
Şuşanın qədim mədəniyyət mərkəzlərimizdən
biri olmasından danışdı. Qeyd olundu ki,
Şuşada boya-başa
çatan istedadlı gənclər
musiqi mədəniyyətimizə mühüm töhfələr verib.
Bakıda məskunlaşmış Şuşa
şəhər musiqi məktəblərinin
gənc istedadların üzə çıxmasında böyük rolu var. 26 ildir işğal
altında olan qədim şəhərimizin
azad ediləcəyinə inam
ifadə edildi.
Şuşa Şəhər İcra
Hakimiyyəti başçısının müavini Vüsalə
Fətullayeva çıxış edərək erməni
işğalçılarının Azərbaycan xalqına
qarşı törətdiyi faciələrdən söz
açdı. Bildirdi
ki, ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal
edəndən
sonra oradakı tarix və
mədəniyyət abidələrimiz tamamilə məhv edilib. Bütün bunlara baxmayaraq, vətənsevər
şuşalılar öz doğma
yurdlarına qayıdacaqlarına əmindirlər. Onlar bu qədim mədəniyyət
mərkəzini bərpa edərək əvvəlkindən də
gözəl vəziyyətə gətirəcəklər.
V.Fətullayeva gənc musiqiçilərə
yaradılan şərait, onlara göstərilən
qayğı üçün Firəngiz Əlizadəyə təşəkkürünü
bildirdi və üç dildə nəşr olunan “Qarabağ”
kitabını bəstəkara təqdim etdi.
Sonda Şuşa şəhər musiqi məktəbləri
şagirdlərinin ifasında Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Zakir
Bağırov, Süleyman Ələsgərov, Azər Rzayev və
Adil Bəbirovun, eləcə də dünya bəstəkarlarından
E.Qriq, S.Frolov, İ.Brams, G.Hendel və P.Çaykovskinin əsərləri
səsləndirildi. Çıxışlar alqışlarla
qarşılandı.
Savalan
FƏRƏCOV
Mədəniyyət.-
2018.- 29 iyun.- S.7.