UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası
Bəhreyn Krallığının
paytaxtı Manama şəhərində
UNESCO-nun Dünya İrs
Komitəsinin 42-ci sessiyası
keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan
Respublikasının UNESCO yanında
daimi nümayəndəliyinin
rəhbəri, səfir
Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət
Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
nümayəndələri, eləcə də milli ekspertlər Rizvan Bayramov və Rəşad Allahverdiyev təmsil edirlər.
Sessiyanın gündəliyinə 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının
effektiv icrası, Dünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, irs abidələrinin mühafizəsi,
İrs Fondunun büdcəsi və digər məsələlərin
müzakirəsi daxildir.
Qeyd edək ki, Azərbaycan
ötən il
Dünya İrs Komitəsinin qərarı
ilə yaradılmış
İrs Fondunun Dayanıqlığı üzrə
alt-komitəyə sədrlik
edib və cari sessiyanın ilk günündə alt-komitənin
nəticələri haqda
hesabatı komitə üzvlərinə təqdim
edib.
Komitə öz işini
4 iyul tarixinədək
davam etdirəcək.
Azərbaycan hazırda sözügedən komitənin
vitse-prezidentidir.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.7.