“Yaşa, mənim Azərbaycanım!”
Cümhuriyyətin 100 illiyinə həsr
olunmuş müsabiqəyə yekun vurulub
İçərişəhərdə Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti
tərəfindən 5-14 yaş arası uşaqlar və
yeniyetmələr arasında keçirilmiş bədii
yaradıcılıq müsabiqəsinin yekun sərgisi
açılıb.
“Yaşa, mənim Azərbaycanım!” devizi altında
keçirilmiş müsabiqəyə təqdim olunan 200 rəsmdən
93-ü sərginin ekspozisiyasına daxil edilib. Onların
arasından seçilən 12 rəsm isə “Azərmarka”
şirkəti tərəfindən poçt kartları şəklində
nəşr olunub.
Müsabiqədə birinci yeri Mehin Süleymanzadə,
ikinci yeri Fuad Anzurov, üçüncü yeri isə Zəhra
Məmmədzadə tutublar. Daha doqquz uşağın əl işləri
seçilərək mükafatlandırılıb.
Mədəniyyət.- 2018.- 29 iyun.- S.16.