Xətai Sənət Mərkəzində “Təcəssüm” sərgisi

 

Türkiyəli və azərbaycanlı ustaların əl işləri nümayiş olunacaq

 

Xətai Sənət Mərkəzində türkiyəli və azərbaycanlı müəlliflərin “Təcəssüm” adlı katı sənəti (kağız və dəri üzərində bəzək-oyma sənəti) və rəssamlıq sərgisi keçiriləcək.

Sərgidə İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin əl işləri nümayiş olunacaq.

İnci Aksu 1973-cü ildə İzmir şəhərində anadan olub. Burada əl sənətləri üzrə  təhsil alıb. Bir neçə ildir katı sənətini fərdi kursda tədris edir.

Nicat Muxtarlı 1992-ci ildə Bakıda doğulub. Azərbaycan Turizm İnstitutunda, İzmir Ekonomi Universitetində bakalavr və magistratura təhsili alıb. Rəsm ilə fərdi məşğul olmaqdadır, Bakıda və İzmirdə sərgilərə qatılıb.

Aysel Günəş 1983-cü ildə Bakıda anadan olub. 36 saylı Musiqi məktəbini (fortepiano üzrə) bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olunub.  2016-cı ildən katı sənəti ilə məşğuldur.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.4.