İstedadı və zəhmətsevərliyi
ilə ifaçılıq zirvəsinə yüksələn
sənətkar
Xalq artisti Kamil Cəlilovun
80 illik yubileyi keçirildi
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində
Xalq artisti, tanınmış qoboy ifaçısı Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, tanınmış
mədəniyyət, incəsənət
xadimləri, sənətsevərlər
iştirak edirdi.
Yubiley gecəsində çıxış
edən Ədalət Vəliyev görkəmli ifaçının sənət
yolu haqqında danışdı. Qeyd etdi
ki, Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı
nümayəndəsi, özünəməxsus
orijinal üslubu olan mahir qoboy
ifaçısıdır. Sənətçi öz istedadı
və zəhmətsevərliyi
sayəsində xalq musiqisi incilərini dərindən öyrənib,
ifaçılıq məharəti
ilə milli musiqimizi zənginləşdirib.
İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər Əməkdar incəsənət
xadimi Gülarə Əliyevanın yaratdığı
“Dan ulduzu” ansamblının
solisti olub, kollektivlə birgə müxtəlif ölkələrdə
milli musiqi sənətimizin təbliğində
xidmətlər göstərib.
Nazir müavini vurğuladı
ki, Kamil Cəlilov uzun illər pedaqoji fəaliyyətlə məşğul
olaraq gənc ifaçıların yetişməsinə
böyük zəhmət
sərf edib. Qeyd olundu ki,
Kamil Cəlilovun sənət fəaliyyəti
dövlət tərəfindən
yüksək qiymətləndirilib,
o, 2000-ci ildə Xalq artisti fəxri adına layiq
görülüb, 2013-cü ildə “Şöhrət”
ordeni ilə təltif olunub, Prezident təqaüdçüsüdür.
Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli
sərəncamı ilə
Kamil Cəlilov Azərbaycan musiqi sənətinin inkişafında
böyük xidmətlərinə
görə “Şərəf”
ordeni ilə təltif edilib.
Ədalət Vəliyev daha
sonra Kamil Cəlilova "Şərəf"
ordenini təqdim etdi. Bir daha yubilyara
öz təbriklərini
çatdıraraq möhkəm
cansağlığı arzu
etdi.
Mərasimdə Kamil Cəlilovun
həyat və fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olundu.
Tədbirin aparıcısı, Əməkdar
incəsənət xadimi
Hafiz Quliyev bildirdi ki, Kamil Cəlil
oğlu Cəlilov
1938-ci il yanvarın 29-da Bakının
Buzovna kəndində anadan olub. 1 saylı musiqi məktəbində oxuyub.
Asəf Zeynallı adına Musiqi
Texnikumunu bitirdikdən
sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) ali təhsil alıb. Beləliklə, Azərbaycan musiqi
ifaçılığı tarixində yeni bir səhifə - Kamil Cəlilov sənətkarlığı mərhələsi
başlanır.
Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək Kamil Cəlilovun yaradıcılığı haqqında danışdılar.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Azərbaycan Dövlət
Akademik Filarmoniyası
Xalq çalğı
alətləri ansamblının
müşayiəti ilə
bəstəkar və xalq mahnıları ifa olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2018.- 2 mart.-
S.4.