Tanınmış caz
ifaçılarının musiqi
axşamı
Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək.
“jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçisi, Əməkdar incəsənət xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival və müsabiqələrin qalibi Şəhriyar İmanov, eləcə də Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər.
Konsertin xüsusi qonağı Parisdə yaşayan və Fransanın caz üzrə ən tanınmış təhsil ocağında - “Center des Musique Didier”də təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədlidir. Gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq festivallarda və müxtəlif layihələrdə iştirak edib. Azərbaycan musiqisinin dünya dinləyicisinə çatdırılması və təbliğinə töhfələr verir.
Caz musiqisi axşamında dinləyiciləri maraqlı konsert proqramı və sürprizlər gözləyir.
Mədəniyyət.- 2018.- 2 mart.-
S.16.