Britaniyanın məşhur rəqs
ansamblı ölkəmizə gəlir
“British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş “Ten” rəqs tamaşasını təqdim edir.
“British Council”ın “Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənətlə məşğul olan məhdud imkanlı insanları inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə dəstəkləyir.
“YARAT” Müasir İncəsənət Mərkəzində
“Ten” adlı rəqs tamaşası
martın 12-də, Nizami Kino
Mərkəzində isə martın 13-də nümayiş
olunacaq. “Deaf Men Dancing” rəqs
ansamblının bədii
rəhbəri xoreoqraf
və rejissor Mark Smitdir. Martın 9-da Gənc Tamaşaçılar
Teatrında “Bir günəş altında”
tamaşasının premyerası
olacaq. Tamaşa, həmçinin martın 13-də Nizami
Kino Mərkəzində, martın
15-də isə “YARAT” Müasir
İncəsənət Mərkəzində
nümayiş olunacaq.
Mədəniyyət.- 2018.- 2 mart.-
S.3.