Həsən Turabovun 80 illik yubileyi keçiriləcək

 

   Prezident İlham Əliyev martın 6-da Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

   Sərəncamda qeyd olunur ki, sənətkarın çoxsaylı tamaşalardaekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.2.