Alman rəssamın işıq
instalyasiyası nümayiş olunacaq
Martın 10-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində tanınmış alman rəssamı Mişa Kubalın “Space-Speech Speed” işıq instalyasiyası nümayiş olunacaq. Sərgi aprelin 8-dək davam edəcək.
İncəsənətlə 40 ildən bəri məşğul olan rəssam işıq effektlərindən geniş şəkildə istifadə edir və onu şəhər strukturunda fəaliyyət göstərən səmərəli vasitə kimi təsvir edir. Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları daha qabarıq şəkildə önə çəkən, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmaz dərəcədə dəyişməsini təmin edən işıq və qaranlığın güclü istifadəsi ilə seçilir.
“Space-Speech-Speed” işıq instalyasiyası
səssizlikdə nümayiş
olunur. Bir ay ərzində “Kapellhaus”un əsas salonu insana düşünmək
və istirahət imkanı yaradan heyranedici işıq instalyasiyasına meydan verəcək.
Mədəniyyət.- 2018.- 7 mart.-
S.6.