Türk yazıçısının
Xocalıdan bəhs edən əsəri dərc olunub
Türkiyə yazıçısı Zeynalabidin Makasın “Muradı gözündə qalanlar” adlı əsərindən bir hissə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının fevral sayında dərc edilib.
Qarabağ mövzusu ilə bağlı əsərdə Xocalı faciəsinin ağrı-acıları da yer alıb. Əsərin jurnalda dərc olunan hissəsini Azərbaycan dilinə şair-tərcüməçi Qardaşxan Əzizxanlı çevirib.
Mədəniyyət.- 2018.- 7 mart.-
S.15.