“Baku Guide” bələdçi kataloqunun
mart sayında
Novruz Azərbaycan xalqının
ən qədim və gözəl bayramıdır. Onun
məxsusi ab-havasını
dərindən hiss etmək
üçün bayram
günlərində sizlərə,
şəhərimizi gəzib-görməklə
yanaşı, Azərbaycanın
regionlarına da səyahət etməyi və yerli əhalinin
ənənələri ilə
yaxından tanış
olmağı tövsiyə
edirik.
Bu fikirlər Azərbaycan paytaxtına təşrif buyuran xarici qonaqlar üçün səyahət
bələdçisi olan
“Baku Guide” kataloqunun 2018-ci il mart sayında diqqətə çatdırılır.
İngilis və rus dillərində hazırlanan
kataloq “Baku Guide” MMC tərəfindən
nəşr olunur.
Şəhərimizi istirahət, ziyarət
və ticarət məqsədli bütün
özəllikləri ilə
təqdim edən nəşrin mart sayı da maraqlı yazılar, illüstrativ materiallar, faydalı informasiyalarla zəngindir.
Nəşrin ənənəvi “Bakını
kəşf et” bölməsində paytaxtın
tarixi-mədəni və
turistik panoramı təqdim olunur. Həmçinin paytaxtdan regionlara
günlük səfər
etmək istəyənlər
üçün “Azərbaycan
üzrə yaz marşrutu” təklif olunur. Bu dəfə
marşrut Şamaxı,
İsmayıllı, Qəbələ,
Şəkidən keçir.
Mart ayının
ən əlamətdar
günləri olan Novruz bayramı haqqında “Baharın doğuluşu” adlı yazıda ətraflı söz açılır,
bayramın özəllikləri,
Novruz öncəsi dörd çərşənbənin
mahiyyəti, ayinləri,
səməni, bayram süfrəsi ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.
“Əsrarəngiz
Bakı...” yazısında
şəhərin daha
çox yerli sakinlərin tanıdığı
məşhur məkanlarından
bəhs olunur. Eyni zamanda qonaqlara Bakının göydələnlərindəki
restoranlarda ləziz yeməklərdən dadaraq
şəhərin ecazkar
görüntülərini “ulduzların altında” seyr etmək təklif edilir.
Bu bölmədə
həmçinin gənclərin
aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri
barədə məlumat
verilir. “Bakının musiqili axşamları” yazısı
milli və xarici musiqilərin müşayiəti ilə
nahar və şam etmək istəyənlərə ünvanlanıb.
“Azərbaycan
Müasir İncəsənət
Muzeyindəki avanqard və ənənələr”
yazısı, xalçalarla
maraqlı instalyasiya və 3D əsərlər
yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında
material isə sənətsevər
səyahətçilərin xüsusilə diqqətini
çəkəcək.
Kataloqun “Sənət və
mədəniyyət” bölməsində
ənənəvi olaraq
ay ərzində paytaxtın
mədəniyyət müəssisələrində
keçiriləcək tədbirlər,
teatrların, muzeylərin,
qalereyaların, konsert
salonlarının repertuarı
yer alır. Bununla bərabər, hər mədəniyyət və
sənət məkanı
haqqında yığcam
tanıtım mətnləri
və müvafiq fotolar da verilir.
Yeri gəlmişkən, kataloqun
bütün bölmələrini
şəhərin xüsusi
memarlığı ilə
seçilən məşhur
tarixi binalarının
siluetləri müşayiət
edir. “Bakı
haqqında maraqlı faktlar” səhifəsində
bu dəfə şəhərimizdə lentə
alınmış məşhur
xarici filmlərdən
söz açılır.
Kataloqda mart ayı ilə bərabər qarşıdakı
aylarda Bakıda keçiriləcək böyük
tədbirlərin, beynəlxalq
yarış, sərgi
və festivalların
(AİTF 2018 turizm sərgisi
(aprel), Bakı Şopinq Festivalı (aprel-may), Formula 1 (aprel),
“Tour d`Azerbaidjan” yarışı
(may), “Jara” festivalı
(iyul) və s.) anonsu verilir.
“Yemək
və içkilər”
bölməsində paytaxtın
yerli və dünya mətbəxi nümunələri təklif
edən məşhur restoran və kafeləri, bar və pabları barədə informasiyalar verilib. Bundan əlavə, milli mətbəximizin şahı
sayılan plov haqqında, onun bir-birindən ləziz növləri barədə
ayrıca yazı dərc olunub.
“Şopinq”
bölməsi şəhərimizin
həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik
edir. Burada Bakının iri
ticarət mərkəzləri,
milli suvenirlər və brend mallar
təklif edən mağazaları barədə
zəruri məlumatlar
almaq olar.
“Əyləncə”
bölməsində şəhərdəki
kino nümayişi məkanları, gecə klubları, müxtəlif
sərgilər barədə
xəbərdar olmaq, eləcə də “Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu
ilə tanış olmaq olar.
“Görməli
yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə
və Yanardağa səyahətə, Bakının
memarlıq inciləri
ilə tanışlığa,
İçərişəhərin tarixi məkanlarını
gəzməyə dəvət
edir.
Kataloqun ənənəvi
“İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar,
hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.
Mədəniyyət.- 2018.- 7 mart.-
S.16.