Tokioda “Azərbaycan mətbəxi məktəbi”nin
ilk məşğələsi
Tokio şəhərində fəaliyyətə başlayan “Azərbaycan mətbəxi məktəbi”nin ilk məşğələsi keçirilib.
Yaponiya paytaxtının Mequro rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən ilk məşğələdə məktəbin təşkilatçıları - Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər.
Tədbirdə Azərbaycan mətbəxinin nümunələrindən küftə-bozbaş, badımcan dolması və limon şərbəti hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanma qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər qonaqlara təqdim edilib.
Məktəbin
növbəti məşğələlərində yapon xanımlara Azərbaycan
şirniyyatlarının da
hazırlanmasını öyrətmək nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 10 mart.-
S.8.