“Rast”
muğam dəsgahı
təqdim olunub
Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi, AMEA, Bəstəkarlar İttifaqı
və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.
Martın 8-də Beynəlxalq Muğam Mərkəzində
festival çərçivəsində musiqi axşamı təşkil olunub. Gecədə
tamaşaçılar gənc
xanəndə Elnur Zeynalovun məharətlə
ifa etdiyi “Rast” muğam dəsgahını dinləyiblər.
Orta əsrlər
musiqi elmində “Rast” birinci və bütün
digər muğamların əsası sayılır. Dahi bəstəkar Üzeyir
Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Rast”ı
indiyədək zamanın və hadisələrin
sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam
adlandırıb.
Mədəniyyət.- 2018.- 10 mart.-
S.5.