Şərqin ilk parlayan ulduzu
Özbəkistanda
Azərbaycan Xalq Cümhuriyyətinə həsr
olunmuş yazı müsabiqəsi
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yerli kütləvi informasiya vasitələri arasında “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti” adlı esse yazı müsabiqəsi elan edib.
Müsəlman Şərqinin ilk respublikası haqqında esselər özbək, Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Müsabiqəyə may ayında yekun vurulacaq.
May ayında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Cümhuriyyətin 100 illiyi ilə bağlı Daşkənddə konsert proqramının təşkili də nəzərdə tutulub. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri Özbəkistanın gənclərdən ibarət Simfonik orkestrinin ifasında səslənəcək.
Mədəniyyət.- 2018.- 10 mart.-
S.10.