Rusiya telekanalında Müslüm
Maqomayevin xatirəsi anılıb
Rusiyanın Birinci televiziya kanalı martın 4-də görkəmli musiqiçi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayev haqqında “Sənsiz günəş yoxdur” sənədli filmini və dahi sənətkarın 75 illik yubileyi münasibətilə ötən il Moskvada keçirilmiş konsert proqramının lent yazısını tamaşaçılara təqdim edib.
“Bu gün axşam” verilişinin növbəti buraxılışı da görkəmli həmyerlimizə həsr olunub. Yuliya Menşovanın aparıcısı olduğu verilişdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, müğənni Emin Ağalarov, Rusiyanın Xalq artisti Gennadi Xazanov və başqaları iştirak ediblər.
Verilişdə
Müslüm Maqomayevin
qızı, hazırda ABŞ-da yaşayan Marina Maqomayeva oğlu və həyat
yoldaşı ilə birlikdə videobağlantı vasitəsilə
atası barədə xatirələrini bölüşüb.
Müslüm Maqomayevin
uşaqlıq dostu, rejissor
Oqtay Mirqasımov müğənninin
uşaqlıq və gənclik illərindən söhbət
açıb.
Mədəniyyət.-
2018.- 10 mart.- S.10.