Muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində
muğama dair iki monoqrafiya nəşr olunub.
Fonddan bildiriblər ki,
AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Muğam
fəlsəfəsi” monoqrafiyasında
muğamla fəlsəfi
cərəyanlar, xüsusilə
təsəvvüf arasında
müqayisələr aparılır.
Muğamın milli düşüncə
tarixi ilə paralel tədqiq edilməsi milli təfəkkürün bir
sıra əhəmiyyətli
məqamlarına da aydınlıq gətirilir.
Tədqiqatda, həmçinin muğamın multikultural mahiyyəti araşdırılır.
Sevil Fərhadovanın “Azərbaycan muğam-dəsgahının
tarixi kökləri” monoqrafiyası (rus dilində) isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası
tədqiqat işinin nəticələri əsasında
yazılıb. Monoqrafiyada “muğam”
sözünün etimologiyası,
həmçinin tədqiqat
predmetinin özü yeni səpkidə interpretasiya edilir. Kitabda muğam-dəsgahının konseptual
məzmunu ilə bağlı bir çox suallara Azərbaycan mədəniyyət
irsinin bütün sahələrində geniş
təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı
ilə də aydınlıq gətirilir.
Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya,
incəsənət, psixologiya,
fenomenologiya və digər elm sahələrinin
mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Nəşrlərin “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində
işıq üzü görməsi xüsusi əhəmiyyət
daşıyır.
Mədəniyyət.-
2018.- 10 mart.- S.15.